İqtisadiyyat

Fermerlərə subsidiyalar nağdsız şəkildə veriləcək - FOTO

2 Sentyabr 2019 16:51
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda fermerlərə subsidiyaların verilməsi nağdsız şəkildə həyata keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, həmin kartlar bu ilin sonuna kimi fermerlərə veriləcək:

"Kartlar fermerlərə pulsuz veriləcək. Fermerlər bu kartın balansında olan məbləğin 25 faizini nağd, qalan 75 faizini isə nağdsız şəkildə istifadə edə biləcək. Bu kartlar xüsusi olaraq fermerlər üçün yaradılıb və ilin sonuna kimi öz sahiblərinə veriləcək".

Nazir müavini qeyd edib ki, bu kartları fermerlerə "Kapital Bank" verəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.