İqtisadiyyat

Fransa şirkəti Azərbaycanın neft-qaz sahəsində suları təmizləyəcək

20 Avqust 2019 15:12
Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Suez Group" şirkəti Azərbaycanın neft-qaz sahəsində suyun təmizliyi ilə məşğul olacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd edilib ki, şirkət Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq edəcək: "Biz yerli tərəfdaşımız olan NOBEL OIL şirkəti ilə birgə müəssisənin yaradılması üzrə anlaşma memorandumu ilə bağlı danışıqlar aparırıq. Bu müəssisə Azərbaycanda və qonşu ölkələrdə neft-qaz sahəsində suyun təmizlənməsi üçün kimyəvi məhsulların istehsalına imkan yaradacaq".

Qeyd edək ki, "Suez Group" beş qitədə öz müştərilərinə resursların daha səmərəli və dayanıqlı idarə olunması üzrə xidmətlər göstərir.

SOCAR Azərbaycanda yeganə neft məhsulları istehsalçısıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.