İqtisadiyyat

Bu il Azərbaycan əhalisinin gəlirləri 32 milyard manatı ötüb

20 Avqust 2019 15:14
2 Şərh     Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,6 faiz artaraq 32 milyard 218,8 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə orta hesabla 3259,7 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 29559,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,7 faiz çox vəsait qalıb.

2019-cu ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artaraq 585,2 manat təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.