İqtisadiyyat

QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq

19 Avqust 2019 08:07
Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və Azərbaycan əməkdaşlıq strategiyası layihəsi üzrə danışıqlara başlayıb.

Milli.Az bildirir ki, bunu Trend-ə özəl müsahibəsində bankın prezidenti Dmitri Pankin deyib.

O bildirib ki, Azərbaycanda dördillik strategiya barədə danışıqlar aparılır:

"Bizim Azərbaycan hökuməti ilə danışıqlarımız avqust və sentyabr aylarında davam edəcək. Strategiyanın layihəsinin bu ilin sentyabrında QDTİB-in Direktorlar Şurasına təqdim olunması planlaşdırılır. Bundan sonra layihəyə bankın İdarəetmə Şurası tərəfindən razılıq veriləcək. Strategiyanın bu ilin noyabr və ya dekabrında rəsmi təsdiq olunacağı gözlənilir".

Əməkdaşlıq strategiyasının detallarından danışan bank prezidenti bildirib ki, bu, hələlik ümumi layihədir:

"Bu günədək biz çox sahələri əhatə etməyə çalışmışıq. Biz maliyyə sektorunda, istehsalatda, eləcə də kənd təsərrüfatı sahəsində işləyirik. Həmçinin, infrastruktur layihələrini də nəzərdən keçiririk. Azərbaycanla bərpa olunan enerji mənbələri sahəsində, kənd təsərrüfatı, süd emalında və avadanlıq istehsalının maliyyələşdirilməsi üzrə işləməyi planlaşdırırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.