İqtisadiyyat

Finlandiya enerji sisteminin sabitləşməsində Azərbaycana kömək üçün yeni yollar axtarır

18 Avqust 2019 15:23
Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Finlandiyanın maşınqayırma şirkəti, gəmiqayırma və energetika sahəsində aparıcı avadanlıq tədarükçüsü "Wärtsilä Oyj Abp" Azərbaycana enerji sisteminin sabitləşməsində kömək üçün yeni yollar axtarır.

Bu barədə Trend-ə şirkətdən bildiriblər.

Qeyd olunub ki, şirkət daim enerji sisteminin sabitləşməsi və zərurət olduqda ehtiyat gücünün təmin olunması üçün çevik imkanlar tətbiq etməklə ölkənin dəstəklənməsi istiqamətində yeni üsullar axtarır.

Şirkətdən bildiriblər ki, "Wärtsilä" həmçinin digər ölkələrə, şəhərlərə və şirkətlərə enerji təhlükəsizliyini və fasiləsiz enerji verilişini təmin etməklə müasir, dayanıqlı və rahat enerji sistemlərinə yol tapmağa kömək edir:

"Wärtsilä" Azərbaycanda 1995-ci ildə fəaliyyətə başlayıb. Şirkət avadanlıqları dəstəkləmək və optimallaşdırmaqla onların fəaliyyət müddəti dövründə dəniz və enerji sahəsindəki müştərilərə xidmət göstərən "Wärtsilä Oyj Abp" qlobal şəbəkəsinin tərkib hissəsidir. 2005-ci ildən "Wärtsilä" Azərbaycanda ümumi gücü 860 meqavatt təşkil edən yeddi elektrik stansiyası inşa edib. Bütün elektrik stansiyaları dövlət kommunal şirkətləri tərəfindən istismar olunur. Bu gün Azərbaycan həm enerji, həm də dəniz sektorunda böyük inkişaf perspektivlərinə malikdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.