İqtisadiyyat

İyulda gündəlik neft hasilatı nə qədər olub?

14 Avqust 2019 16:54
0 Şərh     Baxış: 735

Respublikada iyul ayı üzrə gündəlik neft hasilatı 778 min barrel olub. Bunun 704 min barrelini xam neft, 74 min barrelini kondensat təşkil edib.

Energetika Nazirliyindən Milli.Az-a bildirilib ki, gündəlik 500 min barrel xam neft, 70 min barrel kondensat, 29 min barrel isə neft məhsulları ixrac edilib.

Qeyd edək ki, cari ilin yanvar - iyul aylarında orta gündəlik neft hasilatı 771,7 min barrel təşkil edib.

Energetika Nazirliyi iyul ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Xatırladaq ki, 2018-ci ilin dekabrın 7-də "OPEC plus" üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi"nin müddəti bu ilin 1 iyul tarixindən 2020-ci ilin I rübünün sonunadək uzadılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.