İqtisadiyyat

Qroznı-Bakı magistral neft kəmərində yenidənqurma işləri aparılacaq

13 Avqust 2019 17:10
0 Şərh     Baxış: 589

"Çernomortransneft" şirkəti Dağıstanda Qroznı-Bakı magistral neft kəmərinin yenidənqurma işləri üçün Rusiya dövlət ekologiya ekspertizasının müsbət rəyini alıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, kəmərin rekonstruksiyası "Andreyaulski" respublika əhəmiyyətli xüsusi qorunan ərazisindən keçən hissənin dəyişdirilməsini nəzərdə tutur.

Magistral neft kəmərinin işinin səmərəliliyinin artırılması üçün 1684,5 metr uzunluğun köhnə hissənin sökülməsi və 1787,5 metr uzunluğunda yeni hissənin döşənməsi, eləcə də vantuz qovşağının dəyişdirilməsi nəzərdə tutulur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.