İqtisadiyyat

Tovuzda milli kartof sortlarının toxumları yetişdirilir - FOTO

30 İyul 2019 21:17
0 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kartof bitkisinin toxumçuluq işlərinin təşkili, ölkənin toxum idxalından asılılığının azaldılması məqsədilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda genişmiqyaslı tədqiqat və istehsalat işləri aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, institutun Şəmkir Dayaq Məntəqəsi ilə yanaşı, Tovuz rayonunda yerləşən Təcrübə Stansiyasının dəniz səviyyəsindən 1800 metr yüksəklikdə olan Sarıtala ərazisindəki əkin sahələrində milli kartof sortlarının toxumları yetişdirilir. Burada rayonlaşdırılmış "Telman", "Sevinc", "Əmiri-600" sortlarının yüksək reproduksiyalı toxumlarının istehsalı ilə yanaşı, yeni sort nümunələrinin seleksiyası və kolleksiya materiallarının, həmçinin bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin, botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir.

Biotexnologiya laboratoriyasında əldə edilmiş virussuz kartof miniyumrularının əkinləri də ilk olaraq burada aparılıb.

Qeyd edək ki, toxumluq kartofun dağlıq ərazilərdə əkini aprel ayının ikinci yarısında, yığımı isə sentyabr ayının ikinci ongünlüyündən oktyabr ayının birinci öngünlüyünə qədər aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.