İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına nə vaxt başlanılacaq?

29 İyul 2019 13:53
0 Şərh     Baxış: 1 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasının başlanması məsələsinə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, C.Qurbanov qeyd edib ki, sərnişindaşınmaya başlanması təkcə Azərbaycandan asılı deyil. Amma Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına başlamağa hazır olduğunu da vurğulayıb.

C.Qurbanovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişindaşımaya başlanılmaması digər ölkələrlə əlaqədardır. O qeyd edib ki, Gürcüstan və Türkiyə tərəfləri bu xəttlə sərnişin qatarının işə düşməsinə hazır olduqdan sonra sərnişin daşımalarına başlanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.