İqtisadiyyat

KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir - FOTO

20 İyul 2019 18:32
Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 19-da Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə "Mövcud biznesin inkişafı və pul axını" mövzusunda seminar keçirilib.

Milli.Az bildirir ki, agentlikdən Trend-ə verilən məlumata görə, seminarda sahibkarlar biznes ideyaların gerçəkləşdirilməsi, marketinq strategiyasının qurulması, gəlir və xərclər planının hazırlanması, pul axınının idarə olunması və mövcud biznesin inkişaf etdirilməsinin digər üsulları barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün belə maarifləndirici tədbirlər davam etdiriləcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.