İqtisadiyyat

Bahalaşan və ucuzlaşan ərzaqların – SİYAHISI AÇIQLANDI

13 İyul 2019 23:05
2 Şərh     Baxış: 2 093

Dövlət Statistika Komitəsi (DSK) 2019-cu ilin iyun ayında qiymətləri artıb-azalan məhsulların siyahısını açıqlayıb.
Milli.Az fed.az-a istinadən həmin siyahını təqdim edir.

UCUZLAŞAN ƏRZAQ MALLARI:

İyun ayında
mal və qoyun ətinin,
təzə balığın,
pasterizə olunmamış üzlü südün,
yumurtanın,
bananın,
albalının,
gilasın,
alçanın,
əriyin,
şaftalının,
kələmin,
pomidorun,
xiyarın,
bibərin,
badımcanın,
göy lobyanın,
çuğundurun,
yerkökünün,
soğanın,
sarımsağın,
kartofun,
energetik içkilərin qiymətlərində ucuzlaşma baş verib.

BAHALAŞAN ƏRZAQ MALLARI:
İyun ayında
yumru düyünün,
buğda ununun,
qarabaşaq yarmasının,
makaron məmulatlarının,
toyuq ətinin,
kolbasa məmulatlarının,
sterilizə olunmuş üzlü südün,
şəkərli qatılaşdırılmış südün,
yoqurtun,
xamanın,
pendirin,
kəsmiyin,
kərə və bitki yağlarının,
limonun,
çiyələyin,
şabalıdın,
göyərtinin,
şəkər və şəkər tozunun,
qəhvə,
çay və kakaonun,
dondurmanın,
mineral suların,
kola içkisi və limonadın qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 13 İyul 23:0820

    Hamisi bahalasib.. pomidoru yaziblar ucuzlasib bizde 1 manat 20 qepikdi pomidor hardan ucuzlasibb.70 qepik idi indi bahalanib Baliq da ki, iyun ayinda baliğ yeyen var ki ,ət də 11 manatdi hardan ucuzlasibbb.Hamisin bahalasib siyahisina yazinnn getsinnn

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 13 İyul 23:1310

    Komite siyahini neye esesasen tertib edib Meselen pomidor,xiyar, sogan ve.s ele iyun ayinda bahalasmadimi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.