İqtisadiyyat

Azərbaycan nefti bahalaşdı

11 İyul 2019 23:58
0 Şərh     Baxış: 987

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,33 dollar/barel çoxdur.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,41 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,06 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,32 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,66 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,37 dollar/barel çoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.