İqtisadiyyat

Nazir müavini: "Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollara çatıb"

5 İyul 2019 19:40
Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin 5 ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,1 milyard dollara çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Çin biznes forumunda deyib.

O bildirib ki, 2018-ci ilin analoji dövrü ilə müqayisədə bu göstərici 2,6 faiz artıb:

"Ötən il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil etmişdi. Azərbaycanın Çin iqtisadiyyatına investisiyaları 1,7 milyard dollar, Çinin Azərbaycan iqtisadiyyatına investisiyaları isə 800 milyon dollar təşkil edib. Hazırda Azərbaycanda Çin kapitalı ilə 119 şirkət işləyir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.