İqtisadiyyat

Azərbaycan əhalisinin gəlirləri 5 ayda 22 milyard manatı ötüb

26 İyun 2019 12:24
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artaraq 22 milyard 164,1 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əhalinin hər nəfərinə orta hesabla 2244,0 manatlıq gəlir düşüb.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20 milyard 386,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7,0 faiz çox vəsait qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.