İqtisadiyyat

Azərbaycanla Rusiya arasında müdafiə sənayesi sahəsində razılıq əldə edilib - FOTO

25 İyun 2019 19:39
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 25-də Moskvada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu "Patriot-Ekspo" Konqres-Sərgi Mərkəzində "ARMY-2019" V Beynəlxalq Hərbi-Texniki Forumun açılışı olub.

Müdafiə Sənayesi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədbiri Rusiya Federasiyası Baş nazirinin müavini Yuri Borisov açıb. Y.Borisov foruma qatılan nümayəndə heyətlərini salamlayıb və altı gün davam edəcək sərgidə hər bir iştirakçı dövlətə uğurlar arzulayıb. Açılışda müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Dünyanın ən böyük silah və hərbi texnika sərgilərindən birinə çevrilən bu forumda Müdafiə Sənayesi Nazirliyi ilk dəfə stendlə təmsil olunur. Milli paviliyonda nazirlik əsasən ixrac yönümlü məhsullarını - snayper tüfənglərini, avtomatları, tapançaları, hücum pulemyotlarını, qumbaraatanları, pilotsuz uçuş aparatlarını, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və digər məmulatlarını nümayiş etdirir. Nümayiş etdirilən məmulatlar arasında xaricdə keçirilən beynəlxalq sərgiyə ilk dəfə çıxarılan məhsullar da var.

Sərginin ilk günü Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Taktiki Raket Silahları Korporsiyasının baş direktoru Baris Abnosov və "Rosoboroneksport" şirkətinin baş direktoru Aleksandr Mixeyev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib və nümayiş etdirilən məmulatlarla yaxından tanış olublar.

Sərgi çərçivəsində nazir müavini Yəhya Musayevin Rusiya Federasiyasının Taktiki Raket Silahları Korporsiyasının baş direktoru Baris Abnosovla görüşü olub. Görüşdə hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, nazir müavini "Rosoboroneksport" şirkətinin baş direktoru Aleksandr Mixeyevlə də görüşüb. Görüşdə birgə əməkdaşlıq layihələri haqqında geniş müzakirələr aparılıb, çərçivə sazişinin hazırlanaraq yaxın zamanlarda imzalanmasına dair razılıq əldə edilib.

"ARMY-2019" sərgisi işini iyunun 30-dək davam etdirəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.