İqtisadiyyat

Meşəlik ərazilərdə də çəyirtkələrlə mübarizə aparılır

23 İyun 2019 23:43
0 Şərh     Baxış: 1 335
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meşəlik ərazilərdə də çəyirtkələrlə mübarizə aparılır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Samuxun Qaraağaclı kəndindən çəyirtklərin 3 növünə rast gəlinib. Əsasən gilli, alçaq dağətəyi və əkilməmiş ərazilərdə yayılan, daha sonra isə kənd təsərrüfatının bütün sahələrinə kütləvi şəkildə hücum edən bu zərərvericilərin Gürcüstandan miqrasiya etdiyi ehtimal olunur. Zərərvericilərlə mübarizə tədbirlərini Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Respublika Bitki Mühafizə Mərkəzi birgə həyata keçirir.

Hazırda Mərakeş çəyirtkələri yanız örüş sahələrində müşahidə olunur. Digər növlər isə meşə sahələrinə də yayılıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı indiyə qədər dəfələrlə Mərkəzi Asiya və Qafqaz ölkələrinə çəyirtkə hücumundan narahatlıq keçirdiyini, Azərbaycanın da risk qrupu siyahısında olduğunu bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.