İqtisadiyyat

Bitkoini olanlara şad xəbər

22 İyun 2019 23:47
0 Şərh     Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bitkoinin qiyməti 10 min dolları keçib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, iyunun 21-dən 22-nə keçən gecə kriptovalyuta psixoloji baryeri aşmağa müvəffəq olub.
Bu cür hadisə 2018-ci ilin mayından bu yana ilk dəfədir ki, qeydə alınır. Bu gün səhər saatlarında 20 birjanın açıqlamasında bitkoin 10.73 min dollar məbləğində qiymətləndirilib. "Binance" birjasında isə qiymət 10.74 min dollara çatıb.

Mütəxəssislərin rəyinə görə, bitkoinin qiymətinin artması "Facebook"un öz kriptovalyutası - Libranı dövriyyəyə buraxması ilə əlaqədardır. Libra və bitkoin arasında birbaşa mübadilə olmasa da, analitiklərin dediyinə görə, bu hadisə iqtisadiyyatın möhkəmlənməsində mühüm rol oynayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.