İqtisadiyyat

Azərbaycan vətəndaşları Türkiyədə daha çox daşınmaz əmlak alırlar

17 İyun 2019 13:47
0 Şərh     Baxış: 1 987
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 466 daşınmaz əmlak obyekti alıblar ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 134 ədəd çoxdur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təkcə 2019-cu ilin may ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak obyekti alıblar. Bu da 2018-ci ilin may ayına nisbətən 15 ədəd çoxdur.

Obyektlərin daha çox satıldığı yerlərə gəlincə, yanvar-may ayları ərzində İstanbulda 15,8 min, Ankarada 8,2 min, Antaliyada 5 min əmlak satılıb. Qalan 53.2 min obyekt isə Türkiyənin digər şəhərlərinin payına düşür.

Qeyd edək, 2019-cu ilin may ayında Türkiyədə 3,9 min əmlak satılıb, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 62,5 faiz çoxdur.

2019-cu ilin may ayında Türkiyədə əmlak alan digər xaricilərə gəlincə, İraq vətəndaşları 594, İran vətəndaşları 509, Rusiya vətəndaşları isə 285 ədəd daşınmaz əmlak alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.