İqtisadiyyat

"OPEC müqaviləsi uzanarsa, neft 55-65 dollara sabitlənər"

17 İyun 2019 19:25
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın neft şirkəti "Qazprom" rəhbərlərindən Aleksandr Dyukov, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft hasilatının azaldılması müqaviləsinin uzadılmasının neft qiymətlərini 55- 65 dollar səviyyəsində sabitləşdirəcəyini bildirib.

Milli.Az marja.az-a istinadən bildirir ki, Dyukov "Rossiya 24"ə verdiyi müsahibəsində, bu ay başa çatacaq OPEC ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında müqaviləyə dair prosesləri qiymətləndirib.

Müqaviləyə tərəf ölkələr arasında danışıqların davam etdiyinə işarə edən Dykov, "Tərəflər böyük ehtimalla yeni bir razılaşmaya gələcək və ya hər bir halda mövcud müqavilə davam etdiriləcək",- deyib.

Müzakirələrin hasilatın həcminə dair vurğulayan Dykov, "Hasilat bir qədər də artırıla və ya azaldıla bilər, ancaq məncə bunun artıq əhəmiyyəti yoxdur. Müqavilənin uzadılması neft qiymətlərini 55- 65 dollar səviyyəsində saxlayacaq"- deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.