İqtisadiyyat

ABŞ-ın büdcəsində proqnozdan çox kəsir yaranıb

17 İyun 2019 19:05
0 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın federal büdcədə may ayında 185,5 milyard dollar olan proqnozdan çox - 208 milyard dollar kəsir yaranıb.

Milli.Az marja.az-a istinadən bildirir ki, bu, bu günə qədər bir May ayında görülən ən böyük büdcə kəsiridir.

May ayında büdcə xərcləri 2018-ci ilin eyni ayındakı 364 milyard dollardan 440 milyard dollara yüksələrkən, gəlirlər isə 217 milyard dollardan 232 milyard dollara qalxıb.

1 Oktyabr 2018-də başlayan maliyyə ilinin ilk 8 ayı üzrə büdcə kəsiri isə 739 milyard dollar olub. Keçən ilin eyni dövründə kəsir 532 milyard dollar idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.