İqtisadiyyat

Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon dollara çatıb

16 İyun 2019 15:20
Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-may aylarında Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının həcmi 93 milyon ABŞ dollarına çatıb.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, hesabat dövründə Belarusdan ölkəmizə idxalın dəyəri 83,7 milyon dollar, Azərbaycandan bu ölkəyə ixracın həcmi isə 9,2 milyon dollar olub.

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsinin həcmi 204 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən təxminən 56 milyon dollar çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.