İqtisadiyyat

Azərbaycanın TRACECA dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri artıb

11 İyun 2019 21:13
Baxış: 417

2019-cu ilin birinci rübündə Azərbaycanın Avropa-Qafqaz-Asiya (TRACECA) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində yük daşımalarından gəlirləri 4,3 faiz artaraq 156,5 milyon manat təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın TRACECA-da milli katibi, nəqliyyat və logistika sahəsində ekspert Akif Mustafayev Bakıda keçirilən "Nəqliyyat, tranzit və logistika" 18-ci beynəlxalq Xəzər sərgisi çərçivəsindəki konfrans zamanı deyib.

Qeyd edək ki, TRACECA Avropa İttifaqı ilə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat sahəsində beynəlxalq əməkdaşlıq proqramıdır. Bakıda təşkilatın daimi katibliyi fəaliyyət göstərir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.