İqtisadiyyat

"Mazda" 1,7 minə yaxın avtomobili geri çağırıb

11 İyun 2019 20:34
0 Şərh     Baxış: 610

"Mazda Motor" şirkəti Rusiyada 1,7 minə yaxın avtomobili geri çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qərar şüşə təmizləyicilərin işində qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin avqustundan 2018-ci ilin martınadək Rusiyada satılmış "Mazda 3" modellərinə şamil olunur.

Bildirilir ki, həmin qüsur hərəkət zamanı ön şüşədən görmə qabiliyyətini azalda bilər.

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.