İqtisadiyyat

Adil Şirinov Rusiyada daha bir şirkətin rəhbəri oldu

11 İyun 2019 10:05
0 Şərh     Baxış: 1 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada fəaliyyət göstərən "Ford Sollers" və "UAZ" birgə müəssisəsinin baş direktoru Adil Şirinov "Aurus" avtomobilinin istehsalçısı "Aurus" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri vəzifəsinə təyin edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, iyunun 1-dən yeni vəzifəsini icra edir. Şirinov bu postda Herhard Hilqerti əvəzləyib. Hilqert 2018-ci ildən şirkətə rəhbərlik edib. 

Adil Şirinovun əsas prioritet planı "Aurus" avtomobil seriyasının istehsalını təşkil etməkdir. 2021-ci ildən bu istehsal ildə 5000 avtomobil olmalıdır.

Qeyd edək ki, 1964-cü ildə Bakıda doğulan Adil Şirinov 1990-cı ildən etibarən Rusiyanın avtomobil sənayesində ən yaxşı mütəxəssislərdən biri hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.