İqtisadiyyat

Rusiya səfiri: "Azərbaycanla ticarət dövriyyəmiz yarım milyard dolları ötüb"

10 İyun 2019 14:25
0 Şərh     Baxış: 385

Rusiya və Azərbaycan arasında ikitərəfli ticarət qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 2019-cu ilin birinci rübündə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 13,08 faiz artaraq 500 milyon dollar səviyyəsini ötüb:

"Ötən il ölkələrimiz arasında 2,4 milyard dollara bərabər idi. Bu, kifayət qədər müsbət amildir".

Səfir əlavə edib ki, ikitərəfli ticarət təkcə xammal sektorunda deyil, həm də kənd təsərrüfatı, maşınqayırma, sənaye istehsalı kimi sahələrdə də inkişaf edir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.