İqtisadiyyat

Rusiya-Azərbaycan biznes dialoqu keçiriləcək

8 İyun 2019 14:06
0 Şərh     Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun üçüncü günündə beynəlxalq əməkdaşlıq, rəqəmsal transformasiya və innovasiyalar müzakirə olunacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, forumun proqramı Rusiya-Azərbaycan biznes dialoqu ilə başlayacaq.

Proqramda qeyd olunduğu kimi, Rusiya və Azərbaycan hökumətləri ikitərəfli əməkdaşlığın möhkəmlənməsi kursu ilə irəliləyir. Hazırda aqrosənaye kompleksində əməkdaşlığın fəallaşması üzrə birgə plan, turizm sahəsində əməkdaşlıq proqramı, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması üzrə fəaliyyət planı reallaşdırılır, milli valyutalarda qarşılıqlı əməliyyatların həcminin artırılması üzrə məsələlər müzakirə olunur.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 6-dan 8-dək keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.