İqtisadiyyat

“Fiat Chrysler” “Renault”-a etdiyi təklifi geri götürdü

6 İyun 2019 08:58
0 Şərh     Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliya-amerika şirkəti "Fiat Chrysler Automobiles NV" Fransanın "Renault SA" avtomobilqayırma korporasiyasına birləşməklə bağlı etdiyi təklifi geri çəkib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.

Nəşrin məlumatına əsasən, "Fiat Chrysler" təklifini Fransa avtomobil istehsalçısının partnyoru "Nissan Motor Co." birləşmək haqqında sazişi dəstəkləməkdən imtina etdikdən sonra geri çağırıb.

"The Wall Street Journal"-ın mənbələri qeyd edirlər  ki, "Renault"-nun baş investoru olan Fransa hakimiyyəti 40 mln dollarlıq saziş bağlanacağı təqdirdə danışıqlara hazır olduğunu bildirmişdi. Eyni zamanda Fransa müqavilənin "Renault" və "Nissan" alyansının şərtləri əsasında bağlanmağını tələb edirdi.

Xatırladaq ki, bir müddət öncə "The Financial Times" "Fiat Chrysler" və "Renault" arasında birləşməklə bağlı danışıqlar aparıldığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.