İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşır

4 İyun 2019 23:49
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 3-də 64,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,77 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,64 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,7 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,89 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,8 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,34 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.