İqtisadiyyat

Avrokomissiya: "TANAP-ın birinci mərhələsinin tamamlanması Aİ-nin enerji təhlükəsizliyində Türkiyənin rolunu gücləndirdi"

1 İyun 2019 17:30
Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənub Qaz Dəhlizinin bir hissəsini təşkil edən Trans Anadolu qaz kəməri layihəsinin (TANAP) birinci mərhələsinin tamamlanması Türkiyənin regionda və Avropa İttifaqı (Aİ) ərazisində enerji təhlükəsizliyinin möhkəmləndirilməsində rolunu gücləndirib.

Milli.Az xəbər verir ki, bu barədə Trend Avropa Komissiyasının hesabatına istinadən məlumat verir.

"Daşımalarda təhlükəsizliyin təmin edilməsi üçün yaxşı nəticələr əldə edilib. TANAP-ın ilk mərhələsinin tikintisi 2018-ci ilin iyununda yekunlaşıb. TANAP-ın qazın Transadriatik qaz boru kəməri (TAP) ilə Avropaya nəqlini nəzərdə tutan ikinci mərhələsinin tikintisinin isə 2019-cu ilin iyununda başa çatması planlaşdırılır".

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.

Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.