İqtisadiyyat

Əfqanıstan Azərbaycandan neft məhsullarının idxalının artırılmasında maraqlıdır

25 May 2019 12:27
Baxış: 708

Əfqanıstan Azərbaycandan neft məhsullarının idxalının artırılmasında maraqlıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədi SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşdə deyib.

Xatırladaq ki, SOCAR artıq Əfqanıstana dizel, kerosin, maye butan ixrac edir.

Qeyd edək ki, SOCAR hazırda satış, nəql və ticarət əməliyyatlarını dünyanın 40-dan artıq ölkəsində, 100-dən artıq satış məntəqəsində həyata keçirir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.