İqtisadiyyat

Qətər və Çin Xəzərdə külək elektrik stansiyasının tikintisi ilə bağlı layihədə maraqlıdırlar

21 May 2019 21:31
Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətər və Çin şirkətləri Xəzərin Azərbaycan sektorunda külək elektrik stansiyasının tikintisi ilə bağlı layihədə iştirak etməkdə maraqlıdırlar.

Milli.Az bildirir ki, bunu Trend-ə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi nəzdində "Azəralternativenerji" MMC-nin sədri Aqşin Bəkirzadə deyib.

A.Bəkirzadənin sözlərinə görə, layihənin maliyyələşdirilməsi ilə bağlı xarici investorlarla danışıqlar davam edir, hansı şirkətlə saziş bağlanacağı hələlik məlum deyil.

Qeyd edək ki, sənaye tipli stansiya dənizdə Pirallahı qəsəbəsindən Çilov adasınadək uzanacaq. Layihə ilə əlaqədar müvafiq texniki-iqtisadi sənədləşdirmə aparılıb. Stansiyanın gücünün 200 meqavatt təşkil edəcəyi bildirilir.

MMC-nin sədri Trend-ə həmçinin deyib ki, hazırda "Azəralternativenerji" mövcud stansiyaların gücünü artırmaq niyyətindədir:

"Azərbaycanda alternativ enerji sahəsində potensial çox böyükdür. Hesab edirəm ki, həm günəş, həm də külək stansiyalarının qurulması böyük əhəmiyyət kəsb edir. Gələcəkdə bu sahədə görülən işlər öz müsbət nəticələrini göstərəcək".

Qeyd edək ki, hazırda mövcud stansiyaların ümumi layihə gücü 18 min 770 kilovatt/saatdır. Onları 10 min kilovatt/saatdan çoxu qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.