İqtisadiyyat

Millət vəkili: "Büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunmalıdır"

21 May 2019 14:05
Baxış: 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Büdcə məsələlərinin müzakirəsi daha geniş spektrdə təşkil olunmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

V.Əhmədov qeyd edib ki, büdcənın icrası ilə bağlı müzakirələrə QHT-lər, siyai partiya rəhbərləri, Milli Məclisi tənqid edən ekspert və alimlər dəvət edilməlidir:

"Parlament müzakirələrə açıq olmalıdır. Qoy müzakirələrdə onlar da öz fikirlərini bildirsinlər. Biz də öz arqumentimizi ortaya qoyaq".

Millət vəkili təklif edib ki, Maliyyə Nazirliyi beynəlxalq təşkilatlarla birgə ildə bir dəfə investisiyalarla bağlı müzakirə aparsın:

"Bununla bağlı bizlərə ciddi iradlar var. Bu iradların aradan qaldırılamsı üçün ictimai müzakirələr keçirilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.