İqtisadiyyat

Türkiyədə “all inclusive” sisteminin üstünlüklərini və risklərinin saydılar

21 May 2019 08:48
0 Şərh     Baxış: 1 704
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə "hər şey daxildir" ("all inclusive") sistemindən imtina etmək niyyətində deyil.
 
Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu Türkiyə otelçilər federasiyasının başçısı Osman Ayık RİA Novosti-yə bildirib. Onun səzlərinə görə, "all inclusive" həm turistlərə, həm də otellərə xeyir edir.
 
"İstənilən otel bu sistemin müxtəlif variantlarını tətbiq edə bilər. "All inclusive" daha çox ailəli turistlərə sərf edir. Turistlər əvvəlcədən öz xərclərini bilir və planlarını bu səpkidə qurur. Qədul edən tərəfdə öz xərclərinin bilir və klientlərə vəd etdiyi xidməti göstərir", - deyə O. Ayık bildirib.
 
O, "all inclusive" sistemində otellər üçün mövcud olan müəyyən risklərdən də danışıb:
"Xərclərin hesablanması turun satıldığı vaxtdan klientlərin otelə gəlməsi zamanına kimi dəyişə bilər, komunal xərclər, vergilər, nəqliyyat xidmətləri, ərzaq qiymətləri qalxa bilər ki, bu da qəbul edən tərəf üçün müəyyən itkilərə gətirib çıxara bilər. Lakin bu risklər yalnız mehmanxana biznesinə aiddir və turistlərin cibinə deyməməlidir". 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.