İqtisadiyyat

KOBİA nəzdində İctimai Şura sahibkarlara xidmətlərin göstərilməsini fəallaşdıracaq

20 May 2019 16:19
Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nəzdində İctimai Şuranın yaradılması sahibkarlara operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İqtisadiyyat Nazirliyinin yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Kiçik və orta biznesin inkişafında ictimai şuraların rolu" mövzusunda keçirilən forumda deyib.

O bildirib ki, İctimai Şura vasitəsilə Agentlik sahibkarlarla daha sıx əməkdaşlıq edə biləcək.

İdarə heyətinin sədri əlavə edib ki, İctimai Şuranın gələcək fəaliyyəti Agentliklə sahibkarlar arasında koordinasiyaya, eləcə də şəffaflığın təminatı və vətəndaş cəmiyyətində biznes barədə obyektiv rəyin formalaşmasına yönələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.