İqtisadiyyat

Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün nə qədər vəsait ayrılıb?

20 May 2019 13:46
0 Şərh     Baxış: 909

Azərbaycanda problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün dövlət tərəfindən 700 milyon manat ayrılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova deyib.

O bildirib ki, "Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman 800 mindən çox vətəndaşı əhatə edib. Bu, xarici valyutada problemli kreditlərin 90 faizini təşkil edir.

Qeyd edək ki, aprelin 22-dən başlayaraq problemli kreditlər üzrə kompensasiyaların ödənilməsinə başlanıb. Ödənişlərin may ayında başa çatması planlaşdırılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.