İqtisadiyyat

Azərbaycanda internetin qiyməti yüksək, sürəti isə aşağıdır – Müqayisə

18 May 2019 22:26
5 Şərh     Baxış: 1 400

Sputnik. İnternet və kommunikasiya məsələləri üzrə ekspert Osman Gündüz Azərbaycan və digər ölkələrdə internetin qiyməti və sürəti ilə bağlı müqayisəli nəticəni açıqlayıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu haqda ekspert "Facebook" statusunda məlumat paylaşıb.

"Regionlarda internetin sürətini və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mənasız və bəsit tədbirlərini, "startap tender konsorsiumlarını" və festival və şadyanalıqlarını görəndən sonra düşündüm ki, qısa bir araşdırma edim. Sonda isə belə bir nəticə əldə etdim", - deyə ekspert əlavə edib.

Ekspertin hazırladığı nəticə isə aşağıdakı kimidir:

Qazaxıstan: 30-35 manat, 200-500 mb/s (Kaztelekom)

Rusiya (Moskva): 13-15 manat, 200-500 mb/s (Rostelekom)

Gürcüstan: 30 manat, 50 mb/s (Magticom)

Azərbaycan: 30 manat - 5 mb/s (Aztelekom - ADSL, bütün regionlarda ancaq bu texnologiya əlçatandır)

30 manat - 6 mb/s (Baktelecom - ADSL, əsasən Bakı şəhəri və ətraf ərazilər)

26 manat - 25 mb/s (Baktelecom - bu paket həmin məşhur tanınmayan İT şirkətin 14 milyonluq layihəsinin GPON məhsuludur, əhatə dairəsi hələlik qeyri müəyyəndir).

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Musa · 18 May 23:3340

    Aztelekom ümumiyyətlə bərbaddı. Şikayət edən kimidə deyirlər kabelləşmə gedəcək. Onda düzələcək. Oda mə vaxtsa

    Cavab yaz
  • Anonim
    URUS · 19 May 00:5010

    Kül başına Xandadas. Bə derdin Sputnikdən internet verilir, bunlar hələ kabel çəkmək isterlər.

    Cavab yaz
  • Anonim
    Tənqidçi · 19 May 01:3020

    Rusyadan gələnlər deyir sizin internetiniz biabırçılıqdı...

    Cavab yaz
  • Anonim
    Mehemmed · 19 May 04:1600

    Mobil operatorlardada vəziyyət eynidir orada endirim etmək lazımdır

    Cavab yaz
  • Anonim
    Tam Maxfi · 19 May 12:1010

    Sukur ozleri ehtiraf edirler ki bu beledi.Bes onda neyi gozleyirsiniz ? Hereket edin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.