İqtisadiyyat

Azərbaycan Rusiya və Orta Asiya ölkələrinə tikinti materialları ixrac edəcək

18 May 2019 08:02
Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan xarici ölkələrə tikinti materialları ixrac etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə "FAB Boya və Kimya Sənayesi" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Kənan Məhərrəmov deyib.

Onun sözlərinə görə, MMC-nin tərkibində 5 fərqli istehsal müəssisəsi fəaliyyət göstərir: "Bunlardan biri ötən ilin yanvarında fəaliyyət göstərən "BƏYAZ ALÇI" fabrikidir. Burada astar, üzlük, son qat üzlük, astar suvağı, fuqa alçıpan olmaqla 13 adda alçı məhsulu hazırlanır. Fabrik gün ərzində 900 tondan çox gips məhsulu istehsal etmək gücünə qadirdir. Müəssisə Almaniya və Türkiyənin ən müasir avadanlıqları ilə təchiz olunub. İstehsal prosesi tam avtomatlaşdırılmış sistem üzrə aparılır".

Müəssisə rəhbəri bildirib ki, fabriki qurarkən əsas missiya yerli xammaldan istifadə edərək, texnoloji yeniliklərin tətbiqi ilə cəmiyyətə, ətraf mühitə yararlı, keyfiyyətli məhsullarla ölkə iqtisadiyyatına fayda vermək olub: "Yeni bir istehsal müəssisəsinin istismara verilməsi həm də yeni iş yerlərinin açılması, yüzlərlə vətəndaşımızın sosial rifahının yaxşılaşdırılması, eyni zamanda gənclərin öz karyeralarını qurmalarına yol açacaq ən mühüm vasitə deməkdir. Məhsulların dünya standartlarının tələblərinə uyğun hazırlanmasına ciddi nəzarət olunur və bu məhsullar xarici bazarda rəqabət aparma gücünə qadirdir".

K.Məhərrəmov bildirib ki, müəssisənin məhsulları dünya standartlarına tam cavab verdiyindən, həmin məhsulların xaricə ixracı planlaşdırılır: "Əsasən Rusiya və Orta Asiya ölkələrinə məhsul ixrac etməyi planlaşdırırıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.