İqtisadiyyat

Azərbaycan bu sahələrdə birgə müəssisələrin yaradılması üçün Çexiya şirkətlərini dəvət edir

16 May 2019 19:30
0 Şərh     Baxış: 288

Azərbaycan kənd təsərrüfatı, sənaye və energetika sahələrində birgə müəssisələrin yaradılması üçün Çexiya şirkətlərini dəvət edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Azərbaycan-Çexiya biznes forumunda deyib.

Nazir müavini bildirib ki, hazırda Azərbaycanda Çexiya kapitalı ilə 26 şirkət fəaliyyət göstərir və Çexiya şirkətləri Azərbaycan iqtisadiyyatına 33,5 milyon dollar vəsait qoyub. Azərbaycanın Çexiyaya investisiyaları isə 50 milyon dollara bərabər olub.

R.Məmmədov əlavə edib ki, Azərbaycan Çexiyanı Avropada ən perspektivli tərəfdaşlardan biri kimi görür.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.