İqtisadiyyat

SOCAR Aral dənizində geologiya-kəşfiyyat işləri ilə məşğul olacaq

16 May 2019 15:45
Baxış: 568

Böyük Britaniyanın "BP Exploration", Azərbaycanın SOCAR və Özbəkistanın "Uzbeknefteqaz" şirkətləri Aral dənizində investisiya bloklarında geologiya-kəşfiyyat işlərinin aparılması barədə saziş imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, sənəd Aral dənizinin Özbəkistan hissəsində, Sams-Kosbulak və Bayterek investisiya bloklarında geologiya-kəşfiyyat işlərini nəzərdə tutur.

Xatırladaq ki, "Uzbeknefteqaz" BP və SOCAR ötən ilin mayında geologiya-kəşfiyyat işləri ilə əlaqədar iki memorandum imzalamışdı. Bu memorandumlar SOCAR-da özbək mütəxəssislərin hazırlanmasını, eləcə də "Uzbeknefteqaz"ın Azərbaycanda şelf layihələrində iştirakını nəzərdə tutur.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.