İqtisadiyyat

Vüsal Qasımlı: "Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır"

16 May 2019 12:25
Baxış: 282

Azərbaycanda maliyyə texnologiyalarının tətbiqini genişləndirmək lazımdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunkasiyalar Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik" mövzusunda FINTEX sammitində deyib.

O qeyd edib ki, ənənəvi bankçılıq maliyyə texnologiyalarının istifadəsini genişləndirməli və açıq bankçılığa sürətli keçidi təmin etməlidir.

V.Qasımlı əlavə edib ki, Asiya və Cənubi Amerika bazarlarında maliyyə texnologiyaları sürətlə inkişaf edir:

"Proqnozlara görə, 2024-cü ilədək maliyyə texnologiyaları bazarı 60 milyard dollara çatacaq və Asiya bu istiqamətdə vacib yer tutacaq".

Onun sözlərinə görə, Azərbaycan bu imkanlardan istifadə etməli və maliyyə texnologiyalarının tətbiqini genişləndirməlidir. Bu texnologiyalar xərcləri 30 faizədək azaltmağa imkan verir.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.