İqtisadiyyat

Nazir: "Azərbaycan inkişafın yeni mərhələsindədir"

16 May 2019 12:21
Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan inkişafın yeni mərhələsindədir, ölkədə islahatlar uğurlar reallaşdırılır, iqtisadiyyat liberallaşdırılır və genişlənir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə "Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik" mövzusunda FINTEX sammitində deyib.

O bildirib ki, ölkədə ixrac potensialının güclənməsi, əlverişli investisiya mühitinin formalaşması, innovasiya texnologiyaların inkişafı üzrə ciddi iş aparılır:

"Hazırda ölkənin maliyyə texnologiyaları sektorunda müxtəlif startaplar və iri şirkətlər fəaliyyət göstərir".

Nazir maliyyə texnologiyaları bazarının iştirakçıları arasında ciddi rəqabəti də xüsusi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.