İqtisadiyyat

İlin əvvəlində əhaliyə 1.2 milyard manatlıq xidmət göstərilib

15 May 2019 20:07
0 Şərh     Baxış: 650
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-mart aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,5 faiz artaraq 1 milyard 288,7 milyon manat olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 866,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 67,3 faizini təşkil edib.

2019-cu ilin yanvar-mart aylarında iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4 faiz artaraq 216,5 milyon manat olub. Dövriyyənin 40,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-mart aylarına nisbətən 8,8 faiz azalaraq 86,8 milyon manat təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.