İqtisadiyyat

BMT İnkişaf Proqramı Azərbaycanda alternativ enerji sahəsinin inkişafını dəstəkləməyə hazırdır

15 May 2019 16:50
0 Şərh     Baxış: 164

BMT İnkişaf Proqramı Azərbaycanda alternativ enerji sahəsinin inkişafını dəstəkləməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu BMT-nin rezident-əlaqələndiricisinin müavini Alessandri Frakasetti Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

O bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması kənd təsərrüfatı, energetika, səhiyyə, şəhərsalma kimi sektorların inkişafı üçün yeni imkanlar yaradır:

"Bu sektorlar dünya iqtisadiyyatının 60 faizini təşkil edir və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda mühüm rol oynayır".

A.Frakasetti qeyd edib ki, bu məqsədlərə çatmaq üçün dövlət və özəl sektor arasında dialoq və əməkdaşlıq vacibdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.