İqtisadiyyat

Problemli kreditlərlə bağlı 506 min vətəndaşa ödənişlər verilib

15 May 2019 15:54
Baxış: 647

"Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası çərçivəsində ümumilikdə 602 min vətəndaşa kompensasiyanın ödənilməsi nəzərdə tutulub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumatına görə, bu günə qədər artıq 506 min vətəndaşa ödənişlər verilib ki, bu da ümumi məbləğin 84 faizini əhatə edir. Kompensasiya ödənişləri nəticəsində 243 min nəfərin ödəniş müddəti keçmiş kreditlərinin azaldılmasına yönəlib. 263 min nəfərə isə nağd və ya plastik kart formasında təqdim olunub.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.