İqtisadiyyat

Bu günə kimi sahibkarlara 2,3 mlrd. manat məbləğində güzəştli kredit verilib

15 May 2019 13:10
Baxış: 788
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günədək 36 min sahibkarlıq subyektinə ümumi dəyəri 5,5 mlrd. manat olan layihələrə 2,3 mlrd. manat güzəştli kreditlər verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda deyib.

Onun sözlərinə görə, bu maliyyələşdirilmiş layihələrin 1 mlrd. manatı dövlət büdcəsindən ayrılmış vəsaitdir, 1,3 mlrd. manatı isə məhz geri qaytarılan vəsaitlər hesabına təmin olunub.

Nazir müavini qeyd edib ki, qısa müddətdə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 990 mini ötüb.

S.Məmmədovun sözlərinə görə, özəl sektorun inkişafı məqsədilə geniş islahatlar həyata keçirilib. Bu da özəl sektorun payının ümumi daxili məhsulda 85, məşğulluqda 74 faizə çatmasına zəmin yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.