İqtisadiyyat

Maşın bazarında sükunət - Alıcılar niyə azalıb?

14 May 2019 15:45
2 Şərh     Baxış: 2 537

Adətən yay fəsli yaxınlaşanda avtomobil bazarında müəyyən canlanma müşahidə olunur. Bəs hazırda bazarda vəziyyət necədir? Qiymətlərdə hansısa dəyişiklik varmı?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan "Əmlak" Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, 2019-cu il ərzində avtomobil bazarında qiymətlərdə hər hansı bir dəyişiklik qeydə alınmayıb.

"Bazar bütün göstəricilər üzrə sabitdir və qeyri-dinamikdir. Yəni alqı-satqı əməliyyatlarının sayında da, bazara müraciət edənlərin sayında da ciddi azalmalar var. Əslində birinci rübdən sonra, mart, aprel, may ayları avtombil bazarı üçün canlanmanın olduğu vaxt sayılır, ancaq hazırda müşahidə edirik ki, bazarda aktivlik aşağı səviyyədədir".

Ekspert bildirib ki, bazarda aktivliyin olmamasının bir neçə səbəbi var. 
"Səbəblərdən biri avtomobillərlə bağlı kreditləşmanın dayanmasıdır. Banklar avtomobillər üçün kredit ayırmaqda maraqlı deyillər. İkinci səbəb isə ölkəyə avtomobil idxalının azalmasıdır. Yəni proses təklifin məhdudlaşdırılması şəklində müşahidə olunur. Eyni zamanda, digər iqtisadi proseslər də avtomobil bazarında aktivliyin azalmasına səbəb olub".

Ramil Osmanlının sözlərinə görə, hal-hazırda avtomobil bazarında ucuz avtomobillərə maraq var:

"Qiyməti təqribi 15-20 min manatdan aşağı olan avtomobillərə maraq var. Bu da əsasən orta təbəqədən olan sakinlərin avtomobilləşməyə meyl etməsi ilə bağlıdır. Avtomobilləşmə digər ölkələrdə olduğu kimi, Azərbaycanda da həyat tərzinə çevrilməkdədir. Azərbaycanda orta təbəqədən yuxarı sakinlərin əksəriyyətinin avtomobili var. Ona görə də tələbi əsasən formalaşdıran orta təbəqədən aşağı olan alıcı kütləsidir".

R.Osmanlı bildirib ki, yerli avtomobil istehsalı hələ ki bazarda qiymətə təsir edəcək səviyyədə deyil:

"Ümumilikdə istehsal olunan nəqliyyat vasitələri bazarda çox kiçik paya malikdir. Bu səbəbdən də onun avtomobil bazarına hərhansı təsiri yoxdur. Əgər gələcəkdə Azərbaycanda istehsal olunacaq avtomobillər xaricdən gətirilənlər müqayisədə ucuz olarsa, o halda yerli avtomobillərə müəyyən qədər maraq arta bilər".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Məhəmməd · 14 May 17:2510

    Azərbaycanda avtomobil istehsalı tam bir fiyaskodur niyə sualı verseniz cavab çox sadədir birinci yerli markamiz yoxdur ikinci keyfiyyət aşağıdır üçüncü qiymətlər yuxarıdır dördüncü əhalinin sosial vəziyyəti pis hal haldadır indi insanları avtomobil yox qarinlarina bir qarın yemək maraqlandirir

    Cavab yaz
  • Anonim
    A-S · 14 May 18:4110

    Ne vaxt Cewkanin qiymeti duwub,oz real qiymetine qovuwacaq,onda mawin bazarinda alver olacaq.Fantastik qiymetlere satilir mawinlar,

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.