İqtisadiyyat

Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı artacaq

9 May 2019 09:06
5 Şərh     Baxış: 1 958
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycana builki yay turizm mövsümündə ən çox turistin Səudiyyə Ərəbistanından gələcəyi gözlənilir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycandan Səudiyyə Ərəbistanına və əks istiqamətdə aviareyslərin sayı artrılıb.

Mütəxəssis hesab edir ki, bunun nəticəsində builki yay turizm mövsümündə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 2 dəfə artacaq.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Azərbaycana dünyanın 196 ölkəsindən 2849,6 min və ya əvvəlki illə müqayisədə 5,7 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2018-ci ildə Körfəz ölkələrindən (Birləşmiş Ərəb Əmirlikləri və İran istisna olmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib. 2017-ci illə müqayisədə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2 dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.