İqtisadiyyat

Xırdabuynuzlu heyvanlar ölümcül xəstəliyə tutulub

2 May 2019 21:53
0 Şərh     Baxış: 5 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xırdabuynuzlu heyvanlar arasında ölümcül xəstəlik yayılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət Baytarlıq Xidməti heyvan sahiblərinə xəbərdarlıq edib.

İnfeksiya ən çox yağışlı günlərdə nəmişlikdən sonra sürətlə yayılır. Xəstəlik özünü bəzən bir neçə simptomla, bəzən isə hec nə olmadan, tez bir zamanda heyvanın ölümü ilə göstərir.

Xəstəliyə görə qeyri-sağlam təsərrüfatlarda qoyunlar vaksinasiya edilməlidir. Vaksinasiya dövründə axtalanma, quyruğun kəsilməsi və qırxım aparılmamalıdır, çünki onlarda bu dövrdə yara infeksiyalarına həssaslıq yüksəlir. Peyvənd olunmuş heyvanlarda bədən temperaturunun yüksəlməsi və axsaqlıq müşahidə olunur ki, bu da bir neçə gündən sonra yox olur.

Qeyd edək ki, infeksiyadan qorunmaq üçün istifadə olunan peyvəndin qiyməti 1-1,50 qəpik arasında dəyişir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.