İqtisadiyyat

Pambıq əkinində Çin texnologiyasından istifadə olunur

2 May 2019 21:48
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pambıq əkinində məhsuldarlığı artırmaq üçün Çin texnologiyasından istifadə olunur.

Ucarda bu texnologiyanın tətbiq olunduğu pilot layihənin təqdimat mərasimi keçirilib.

Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov ilə yanaşı, nazirliyin müvafiq qurumlarının əməkdaşları və 200-dək fermer iştirak edib.

Nazir İnam Kərimov qeyd edib ki, Çindən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə Ucarda 10 hektar sahədə model təsərrüfat yaradılıb.

Ənənəvi əkin və becərmə üsullarından fərqli olaraq, sahə lazer mala ilə hazırlanıb. Bu texnologiyanın üstünlükləri ondan ibarətdir ki, lazer malalama torpağın təkrar şoranlaşmasının qarşısını alır, suya qənaət olunur, toxumların bərabər səviyyədə çıxmasına şərait yaradır, nəticədə məhsuldarlıq artır. Eyni zamanda, yeni innovativ texnologiya hər hektara düşən bitki sıxlığının çox olması ilə bağlıdır. Burada cərgələrarası məsafə 90 santimetr olmaqla, hər hektarda 200-220 min toxum səpilir. İndiyədək ənənəvi üsulla aparılan əkində isə hər hektarda 100-110 min toxum səpilirdi.

Yeni üsul pambıqçılıq sahəsində Beyləqan və Tərtər rayonlarında da tətbiq ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.