İqtisadiyyat

Azərbaycan "Peugeot"ları MDB ölkələrinə ixrac ediləcək

24 Aprel 2019 20:51
0 Şərh     Baxış: 1 982

"Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda "Khazar" adı altında istehsal olunan "Peugeot" markalı avtomobillər artıq bir sıra dövlət və özəl qurumlara təhvil verilib.

Milli.Az bildirir ki, bunu Trend-ə "Azərmaş" şirkətinin mətbuat xidmətinin rəhbəri Günay Namidar deyib.

Onun sözlərinə görə, hazırda ASC-də "Peugeot"nun bir markası istehsal olunur:

"Zavod mart ayından seriya istehsalata start verib. Öncədən sifariş olunan "Peugeot 407" markalı avtomobillər bir çox dövlət və özəl qurumlara təhvil verilib. Həmin avtomobillərin qiyməti isə 17,5 - 19,5 min manat arası dəyişir".

G.Namidar bildirib ki, istehsal olunan "Peugeot"lar ilkin mərhələdə yerli bazara ixrac olunur:

"Hazırda istehsal olunan avtomobillər yerli bazar üçün nəzərdə tutulub. Müəyyən vaxtdan və xaricdə satışı üçün lisenziya əldə edildikdən sonra həmin avtomobillər MDB ölkələrinə də ixrac olunacaq. İlkin olaraq isə Azərbaycan "Peugeot"ları Ukrayna bazarına göndəriləcək".

Qeyd edək ki, "Azərmaş" Açıq Səhmdar Cəmiyyətinin və "İran Khodro" şirkətinin birgə yaratdığı "Khazar" Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsində ən iri müəssisədir. 2018-ci il martın 29-da açılan zavodun səhmlərinin 75 faizi "Azərmaş" ASC-yə, 25 faizi isə "İran Khodro" şirkətinə məxsusdur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun tikintisinə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.